Xüsusilə 50 yaşdan yuxarı kişilərdə və genetik meyli olan fərdlərdə yüksək xolesterin ürək-damar xəstəlikləri riskini artırır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu problemin bəzi əlamətləri daha az tanınır və çox zaman nəzərə alınmır.
Barmaq oynaqlarında şişlik və sərtlik – bu əlamət genetik mənşəli hiperkolesterolemiya göstəricisi ola bilər. Bu vəziyyətdə xolesterol qaraciyər tərəfindən düzgün emal edilmir və bədəndə, xüsusilə dizlərdə, barmaq oynaqlarında və Axilles vətərində yığılıb düyünlər şəklində özünü göstərə bilər.
Göz ətrafındakı dəyişikliklər də diqqətəlayiqdir. Göz qapaqlarında kiçik sarı ləkələr (ksantelazma) və irisin ətrafında ağ halqalar (kornea qövsü) yüksək xolesterinin başqa əlamətləri hesab olunur.
Risk qrupuna kimlər daxildir?
-
40 yaşdan yuxarı şəxslər
-
Artıq çəkidən əziyyət çəkənlər
-
Ailəsində ürək xəstəliyi və ya yüksək xolesterin olanlar
Bu qrupda olanlara mütəmadi xolesterol analizi tövsiyə olunur.
Nə etməli?
Britaniya Ürək Fondu aşağıdakı addımları tövsiyə edir:
-
Fiziki aktivliyi artırın – idman pis xolesterini azaldır
-
Siqareti tərgidin – bu, ümumi sağlamlıq üçün ən vacib addımlardan biridir
-
Qidalanmanı dəyişin – işlənmiş ət məhsulları və palma yağı azaldılmalı, əvəzində zeytun yağı, yağlı balıq, qoz-fındıq, tərəvəz və tam taxıllar qəbul edilməlidir
Unutmayın: erkən diaqnoz və düzgün həyat tərzi xolesterinlə bağlı fəsadların qarşısını ala bilər.
Tərcümə: Könül Oruc