Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb
E-saglam.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.