Ofis işçilərinin iş yerlərini tərk etmədən yerinə yetirə biləcəyi bir sıra sadə məşqlər bel və kürək nahiyəsindəki xoşagəlməz hisslərdən qurtulmağa kömək edəcək.
E-saglam.az xəbər verir ki, cərrah Aleksander Umnov "NEWS.ru" ilə söhbətində onurğanın sağlamlığı üçün sadə məşqlərdən danışıb.
Umnovun fikrincə, bədəni yanlara doğru əymək, dirsəkləri içəri və xaricə doğru hərəkət etdirmək, çiyinləri dairəvi şəkildə oynatmaq xoşagəlməz hisslərdən və sərtlikdən qurtulmağa kömək edəcək.
Həkim bildirib ki, bel ağrılarından qurtulmaq üçün əllərinizi yuxarı qaldırın, sonra bir-bir geri çəkin. Qollarınızı sinənizin üstündə çarpazlayın - özünü qucaqlayın. Bu sadə məşqlər sizə çox kömək edəcək.
Umnov qeyd etdi ki, kürəyinizdəki ağrıların həfifləməsi üçün yarım əyilmiş vəziyyətdə qollarınızı arxa tərəfə gətirərək də məşq etmək sizi rahatladacaq.
Tərcümə: Könül Oruc