Xəbərlər
Bill Gates sağlamlıq fəlakəti barədə xəbərdarlıq etdi:
Xəbərlər
176

Bill Gates sağlamlıq fəlakəti barədə xəbərdarlıq etdi: "Geri dönmək üçün hələ də gec deyil"

“Microsoft”un həmtəsisçisi və xeyriyyəçi Bill Gates ABŞ-ın yoxsul ölkələrə səhiyyə yardımını azaltmasını tənqid edərək bunun milyonlarla insanın həyatı üçün təhlükə yaratdığını bildirib.

E-saglam.az xəbər verir ki, o, Tramp administrasiyasının PEPFAR və GAVI kimi qlobal sağlamlıq proqramlarına yardımı dayandırmasının “tamamilə qarşısı alına bilən bir fəlakət” olduğunu deyib.

Gates Afrikadakı bir klinikanın yaxın günlərdə HİV müalicəsi dayandıracağına dair məlumatı misal çəkərək bildirib ki, bu problem tək bir klinika ilə məhdudlaşmır. O vurğulayıb ki, ABŞ-nin yardımları nəticəsində uşaq ölümləri 10 milyondan 5 milyona enib, lakin bu dəstəyin dayandırılması ilə “bir milyon əlavə uşaq ölümü” riski var.

Bill Gates, İlon Maskı da bu siyasətlərin təşəbbüskarlarından biri kimi sərt şəkildə tənqid edib: “Dünyanın ən zəngin adamının dünyanın ən kasıb uşaqlarının ölümündə rolu olması xoş mənzərə deyil”.

O, X platformasında (keçmiş Twitter) paylaşımında yazıb: “Bu kəsilmələrin dağıdıcı təsirləri qarşısı alına bilər. Geri qayıtmaq üçün hələ də gec deyil”.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Taglər

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun