Avstraliyada maraqlı hadisə baş verib.
E-saglam.az News.com.au-ya istinadən xəbər verir ki, bir qadın uyğun olmayan şəraitdə, evdə körpəsini dünyaya gətirib və onu itirib.
Nəşrin məlumatına görə, E. adlı qadın Emili Lal adlı influenserdən xüsusi doğum hovuzunu icarəyə götürüb. Sonuncu sosial şəbəkə hesabında sertifikatlı doğuş həkimlərinin uşaqları dünyaya gətirərkən onlara zərər verdiyi iddiasını təbliğ edirmiş. O, həmçinin səhiyyə sistemindən məyus olduğunu bəyan edib.
"Daha sonra E. evdə özünün doğuş prosesi üçün hovuzdan istifadə edib. Körpə dünyaya gələndən yarım saat sonra qadın blogerə mesaj göndərib. Lakin o, səhəri gün körpənin vəziyyətinin pisləşdiyini görüb. Qadın sonra yenidən Lal ilə əlaqə saxlayıb. O, blogerə "Onu oyatmaq mümkün deyil, nəfəs alıb-almadığından əmin deyilik" deyə yazıb",- nəşr yazıb.
İnfluenser 25 dəqiqə ərzində mesaja cavab verməyib. O, mesajı görəndən sonra valideynlərə təcili yardım çağırmağı tapşırıb. Həkimlər yarım saat uşağı diriltməyə çalışsalar da, onu xilas edə bilməyiblər. Müayinə zamanı məlum olub ki, qadın xəstəxanada, ixtisaslı həkimlərin əhatəsində uşaq dünyaya gətirsəydi, körpə sağ qala bilərdi.
İqtisadiyyat.az