Faydalı
Bu 3 çərəz sizi bir yumurta qədər
Faydalı
83

Bu 3 çərəz sizi bir yumurta qədər tox saxlayır

Çərəzlər təkcə dadlı qəlyanaltı deyil, həm də faydalı qidalanma mənbəyidir. Xüsusilə bəzi növləri yüksək protein və lif tərkibi ilə uzun müddət toxluq hissi yaradır.

E-saglam.az xəbər verir ki, diyetoloqlar bildirir ki, hər gün bir ovuc qəbul edilən bu 3 çərəz bir yumurta qədər tox saxlayır.

1. Fıstıq

Protein (1/4 stəkan): 7 qram

Lif: 2 qram

Uzun raf ömrünə malik olan fıstıq həm praktik, həm də qidalandırıcı bir protein və lif mənbəyidir. Tez aclıq hissini yatırmaq üçün ideal seçimdir.

2. Badam

Lif (23 ədəd badamda): 3,5 qram

Badam ürək sağlamlığı üçün faydalı olan antioksidantlarla zəngindir. Eyni zamanda gündəlik lif ehtiyacınızın 10%-dən çoxunu qarşılaya bilər.

3. Püstə

Protein (1/4 stəkan): 6 qram

Püstənin tərkibində B6 vitamini, kalium və manqan kimi faydalı minerallar var. Araşdırmalar göstərir ki, püstənin müntəzəm istifadəsi bağırsaq sağlamlığına da müsbət təsir edir.

Bu çərəzlər yalnız toxluq hissi yaratmaqla qalmır, həm də gün ərzində enerjili qalmağa kömək edir. Bununla belə, porsiya miqdarına nəzarət etmək də vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun