Psixologiya
Bu avtomobil markalarının sahiblərinin
Psixologiya
136

Bu avtomobil markalarının sahiblərinin narsissizmə meylli olduğu müəyyən edilib

Birinin nə qədər narsistik olduğunu anlamaq istəyirsinizsə, onun sürücülük tərzinə baxın.

E-saglam.az xəbər verir ki, Scrap Car Comparison şirkətinin mütəxəssisləri 2000 sürücünün davranışını təhlil etdikdən sonra belə qənaətə gəliblər.

Tədqiqat nəticəsində məlum olub ki, BMW sahibləri ən yüksək narsisizm göstəricilərinə malikdirlər və orta hesabla 40 baldan 14,4 bal toplayırlar. Mercedes (12,3) Honda (12) sürücüləri isə bir qədər geridədir. Ən təvazökar yol istifadəçiləri Volvo (7.1), Skoda (7.44) və Renault (7.6) sahibləridir.

Həmçinin məlum oldu ki, fərdiləşdirilmiş avtomobil nömrələri çox vaxt narsisistik şəxsiyyət xüsusiyyətlərini göstərir. Yanacaq növləri arasında isə elektromobillər “lider” (14,2), dizel sürücüləri isə narsissizmə ən az meylli olublar (9,8).

Scrap Car Comparison şirkətinin nümayəndəsi Matt Clamp xəbərdarlıq etdi:

Avtomobil sürərkən soyuqqanlı və məntiqli qalmaq, eqoya təslim olmamaq vacibdir. Üstünlüyünüz barədə səhv fikir yolda təhlükəli qərarlar qəbul etməyə səbəb ola bilər.

Narsisizm miqyasında heç bir marka 50%-dən yuxarı nəticə göstərməsə də, araşdırma təsdiqləyir ki, sürücülük tərzi və avtomobil seçimi insan haqqında çox şey aşkar edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun