Tibbi xəbərlər
Bu bitkinin virusu amansız bir xəstəliyin
Tibbi xəbərlər
105

Bu bitkinin virusu amansız bir xəstəliyin şəfası çıxdı

Paxlalı bitkilərdə tapılan bir virus — Cowpea Mozaic Virus (CPMV), xərçənglə mübarizədə güclü müttəfiq olaraq ortaya çıxıb.

E-saglam.az-ın məlumatına görə, alimlər bu virusun immun sistemini aktivləşdirərək, xərçəng hüceyrələrini məhv etdiyini aşkar ediblər.

Ənənəvi müalicə üsullarından fərqli olaraq, CPMV, həm fitri, həm də adaptiv immun sistemini aktivləşdirərək uzunmüddətli qoruma təmin edir. Bu virusun xüsusiyyəti, şişləri tanımaq və məhv etmək üçün immun hüceyrələrini unikal şəkildə tətikləməsidir.

Tədqiqatlar siçanlar və itlər üzərində aparılıb. CPMV birbaşa şişə yeridildikdə, bu virus immun hüceyrələrini, xüsusilə makrofaqlar və təbii öldürücü hüceyrələri aktivləşdirərək xərçəngə qarşı hücum başlatır. Həmçinin, T və B hüceyrələrini də işə salaraq, xərçəng hüceyrələrinə qarşı uzunmüddətli immun yaddaş yaradır.

Professor Nicole Steinmetz deyir: "Digər bitki viruslarından fərqli olaraq, CPMV anti-şiş reaksiyasına səbəb olur".

Niyə CPMV Unikaldır?

CPMV, ölçü və quruluş baxımından digər bitki viruslarına bənzəsə də, şiş daxilində immun sistemini effektiv şəkildə stimullaşdıra bilən tək virusdur. Tədqiqatlar göstərib ki, CPMV, şişləri təmizləməkdə güclü zülalları işə salır, lakin digər viruslar bu təsiri göstərmir.

CPMV-nin əsas üstünlüyü onun sərfəli və miqyaslı immunoterapiya həlli təklif etməsidir. Bu virus, günəş işığı, torpaq və sudan istifadə edərək bitkilərdə yetişdirilə bilər. Hazırda tədqiqat qrupu CPMV-ni klinik sınaqlara keçirməyə hazırlaşır.

Professor Steinmetz bu araşdırmanın CPMV-nin fəaliyyət mexanizmi haqqında yeni məlumatlar verdiyini və klinik tətbiqlərə doğru irəlilədiklərini açıqlayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun