Xəbərlər
Bu gün Xalq artisti Möhsün Sənaninin
Xəbərlər
158

Bu gün Xalq artisti Möhsün Sənaninin doğum günüdür

Bu gün Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından biri, Azərbaycan SSR Xalq artisti Möhsün Sənaninin doğum günüdür.

E-saglam.az xəbər verir ki, 1900-cü ildə Tiflisdə ruhani ailəsində dünyaya gələn Möhsün Sənani çətin uşaqlıq illərinə baxmayaraq, sənətə olan sevgisi ilə zirvələrə ucaldı. O, 1915-ci ildən səhnə fəaliyyətinə başlayaraq həm teatrda, həm də kinoda parlaq rollar ifa etdi. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Fətəli xan”, “Bizim küçə” kimi tamaşa və filmlərdəki obrazları ilə yadda qaldı.

 

Ömrünün sonuna qədər səhnədən ayrılmayan sənətkar 50 ilə yaxın sənət fəaliyyətində xalqın dərin sevgisini qazandı. 1981-ci ildə vəfat edən Möhsün Sənani bu gün də sənətsevərlərin xatirəsində yaşayır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun