Xəbərlər
Bu il Azərbaycanda 30 minə yaxın şəxsi heyvan dişləyib, iki nəfər quduzluqdan ölüb
Xəbərlər
250

Bu il Azərbaycanda 30 minə yaxın şəxsi heyvan dişləyib, iki nəfər quduzluqdan ölüb

Bu ilin 8 ayı ərzində ölkə üzrə 29 334 nəfər heyvan dişləməsi, cırmaqlaması, tüpürcəkləməsinə məruz qalıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Report" sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Hadisələrdən 7 034-ü Bakıda baş verib.

Qeyd olunub ki, həmin şəxslərdən 13 554-ü (Bakı şəhəri üzrə 2389 nəfər ) məlum it, 9 411-i (Bakı şəhəri üzrə 2060 nəfər ) naməlum it, 5228-i (Bakı şəhəri üzrə 2307 nəfər ) pişik, 446-sı (Bakı şəhəri üzrə 150 nəfər ) siçovul, 695-i (Bakı şəhəri üzrə 128 nəfər ) isə digər heyvanlar tərəfindən zədələnməyə məruz qalanlardır.

Mərkəzdən bildirilib ki, ölkə üzrə 2 quduzluq hadisəsi qeydə alınıb və hər iki hadisə ölümlə nəticələnib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun