Mədə xərçəngi dünyada ağciyər xərçəngindən sonra ikinci ən çox rast gəlinən onkoloji xəstəlikdir və son illərdə halların artması müşahidə olunur.
E-saglam.az xəbər verir ki, ümumi cərrahiyyə üzrə mütəxəssis Prof. Dr. Sərdar Yol xəbərdarlıq edib ki, qan qrupu A (II) olan insanlar, kişilər, siqaret çəkənlər və artıq çəkisi olan şəxslər bu xərçəng növünə qarşı daha həssasdırlar.
Mədə xərçəngi əlamətsiz inkişaf edə bilər
Xəstəlik uzun müddət əlamətsiz davam edə bilər. Gec mərhələlərdə isə qarında şişkinlik, erkən doyma, iştahsızlıq, ürəkbulanma, arıqlama, qanazlığı və nəcisdə gizli qan əlamətlər arasında yer alır. Təəssüf ki, bir çox insan bu simptomları gündəlik yorğunluqla qarışdıraraq həkimə gec müraciət edir.
A qan qrupu daha yüksək risk altındadır
Araşdırmalar göstərir ki, A qan qrupu daşıyanlarda mədə xərçənginə tutulma riski daha yüksəkdir. Bu risk faktoru genetik meyillə yanaşı, siqaret, yanlış qidalanma, Helicobacter pylori bakteriyası, duzlu və turşu qidaların həddindən artıq qəbulu, hisə verilmiş yeməklər, B12 vitamini çatışmazlığı və mədə polipləri ilə də əlaqələndirilir.
Müalicə və qorunma yolları
Erkən mərhələdə diaqnoz qoyulan hallarda 5 illik sağ qalma ehtimalı 90-100 faizdir. Lakin gecikmiş mərhələlərdə bu nisbət 15-25 faizə enir. Cərrahi müdaxilənin mümkün olmadığı hallarda isə kemoterapi və palliativ tədbirlər tətbiq olunur.
Xərçəngdən qorunmaq üçün bunlara diqqət edin:
-
Duzlu və turşu qidaları məhdudlaşdırın
-
Hisə verilmiş və közdə bişmiş yeməklərdən uzaq durun
-
Bol tərəvəz və meyvə qəbul edin
-
İdeal çəki qoruyun, fiziki aktiv olun
-
Mütəmadi tibbi yoxlamaları laqeyd yanaşmayın
Unutmayın: Qan qrupu A olan insanlar üçün bu tövsiyələr xüsusilə vacibdir. Erkən diaqnoz həyat qurtara bilər.
Tərcümə: Könül Oruc