Qidalanma
Bu qidaları birlikdə yeməyin - Qida eksperti
Qidalanma
432

Bu qidaları birlikdə yeməyin - Qida eksperti

"Bəzi qidalar var ki, onları birlikdə yedikdə orqanizmimizə zərər vura bilərik".

Bu sözləri E-saglam.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib. 

Həmin qidaların siyahısını təqdim edirik: 

Soğan və sarımsaq - güclü antioksidant təsiri olduğu üçün qan axınının sürətlənməsinə səbəb ola bilər.

Banan və kişmiş - bağırsaqda problemlər yarada bilər.

Şaftalı və alça - hər ikisinin də turşuluq dərəcəsi çox olduğu üçün mədədə turşuluğu artıra bilər.

Qarpız və yemiş - eyni anda yesək ishal yarana bilər.

Balıq və qatıq - qida zəhərlənməsi baş verə bilər.

Plov və sirkə tərkibli qidalar - sirkə düyünün tərkibindəki lifin və yararlı maddələrin təsirini azaldır.

Könül Oruc 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun