Xəstəliklər
Bu spreylər korona riskini 80% azaldır - Araşdırma
Xəstəliklər
48

Bu spreylər korona riskini 80% azaldır - Araşdırma

“Carragelose” (qırmızı dəniz yosunu növü) tərkibli burun spreylərini pandemiya ilə mübarizədə real bir seçim olaraq görürük. Bu burun spreyləri SARS-CoV-2 infeksiyası riskini 80% azaldır.

E-saglam.az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya Erlangen Universiteti Xəstəxanasının Virusalogiya İnstitutunun tədqiqatçısı, professor Ulrix Şubert deyib.

İnstitutda aparılan tədqiqatın ilkin nəticələrinə görə, qırmızı dəniz yosunu növlərindən alınan burun spreyləri virusa qarşı təsirlidir.

Şubert bildirib ki, bu nəticəyə Argentinada 3 həftə ərzində virusa yoluxanlarla birbaşa təmasda olan 400 insan üzərində aparılan tədqiqat nəticəsində gəlinib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun