“Risk qrupuna daxil olan şəxslərin COVİD -19-a qarşı vaksin olunması vacibdir”.
E-saglam.az Trend-ə istinadla bildirir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova deyib.
O bildirib ki, xüsusən şəkərli diabeti, endokrin xəstəlikləri olanlar ilk növbədə vaksin vurdurmalıdır. Həmin şəxslər risk qrupuna aiddirlər.
 
                 
                        
                     
                         
                         
                         
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                