Faydalı
Bu yaşda alkoqoldan tamamilə imtina etsəniz,
Faydalı
671

Bu yaşda alkoqoldan tamamilə imtina etsəniz, sağlamlığınızı xilas edə bilərsiniz

Nevroloq Vladimir Martynov deyir ki, sağlamlığı qorumaq üçün 50 yaşdan yuxarı bir insanın spirtə münasibətini yenidən nəzərdən keçirmək lazımdır.

E-saglam.az xəbər verir ki, o , RİA Novosti-yə alkoqoldan imtina etmək üçün kritik yaş adlandırıb.

Həkimin sözlərinə görə, 50 yaşdan sonra spirtdən tamamilə imtina etmək lazımdır, çünki bu, qan təzyiqinin artmasına səbəb olur, qan damarlarını kövrək edir, depressiya və demans riskini artırır, həmçinin beyin və qaraciyərin fəaliyyətini pozur.

Martınovun sözlərinə görə, spirtli içkilərin digər fəsadları onun yıxılma və xəsarətlərə səbəb olmasıdır ki, bu da qocalıqda xüsusilə təhlükəlidir. "Tam imtina həyatda sevinc itkisi deyil, sağlamlığı qorumaq üçün şüurlu bir qərardır", - dedi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun