Qidalanma
Bu yeməkləri heç vaxt mikrodalğalı sobada
Qidalanma
51

Bu yeməkləri heç vaxt mikrodalğalı sobada isitməyin

Mikrodalğalı sobada qalıqları qızdırmaq praktik görünə bilər, lakin bəzi qidalar istilik emalından sonra sağlamlıq üçün təhlükə yarada bilər.

E-saglam.az-ın məlumatına görə, mütəxəssislər bir sıra məhsullarda qızdırıldıqda zərərli birləşmələrin əmələ gələ biləcəyini bildirirlər.

Düyü

Düyünün otaq temperaturunda uzun müddət qalması Bacillus cereus bakteriyalarının çoxalması üçün əlverişli şərait yaradır. Bu bakteriyalar istiliyədavamlı toksinlər əmələ gətirir ki, onları qaynatmaq belə məhv etmir. 2022-ci ildə Avstraliyada ofis yeməkxanasında tərəvəzlə birlikdə yenidən qızdırılmış düyüdən 34 nəfər zəhərlənib.

Göbələk

Göbələklərin yenidən qızdırılması zülalların parçalanmasına, zəhərli birləşmələrin və kanserogen nitrozaminlərin yaranmasına səbəb ola bilər. Buna görə bişmiş göbələklər təzə-təzə yeyilməlidir.

İspanaq və kərəviz

Nitratla zəngin bu tərəvəzlər qızdırıldıqda nitratlar nitritə çevrilir. Nitritlər isə qanın oksigen daşıma qabiliyyətini azalda və sağlamlıq üçün ciddi risk yarada bilər. Alman Qidalanma İnstitutunun 2023-cü il araşdırması bu təhlükəni təsdiqləyib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun