Faydalı
Bu yuxu pozası bel və ürəyə
Faydalı
105

Bu yuxu pozası bel və ürəyə zərər verir

Ən yaxşı yuxu vəziyyəti insanın sağlamlıq durumundan asılı olaraq dəyişə bilər.

E-saglam.az xəbər verir ki, yuxu mütəxəssisi Roman Buzunov müxtəlif yuxu pozalarının sağlamlığa təsirini açıqlayıb.

Yan üstə yatmaq ən geniş yayılmış və ümumilikdə faydalı sayılan pozadır. Bu vəziyyət bel üçün daha uyğundur. Ürək problemi olan şəxslərə sağ tərəf üstə yatmaq tövsiyə olunur, çünki bu zaman güclü ürək döyüntüsü hissi azalır. Əksinə, ürək yanması yaşayanlar üçün sol tərəf daha uyğun hesab edilir.

Kürəyi üstə yatmaq üz dərisinin qırışmasının qarşısını almağa kömək edə bilər. Lakin bu vəziyyət, xüsusilə sərt döşəkdə, bel ağrılarını artıra bilər. Eyni zamanda dilin geriyə çəkilməsi səbəbindən xoruldama və yuxu apnesi riski də yüksəlir.

Qarın üstə yatmaq isə mütəxəssislərə görə ən arzuolunmaz pozadır. Bu zaman baş uzun müddət yana çevrildiyi üçün boyun onurğasına əlavə yük düşür və ağrılar yarana bilər. Bundan əlavə, bu vəziyyət üz dərisində qırışların yaranmasına da səbəb ola bilər. Bu pozada yatmaq məcburiyyətində qalanlara daha sərt döşək tövsiyə olunur ki, belin həddindən artıq əyilməsi qarşısı alınsın.

Mütəxəssis yastıq seçiminin də vacib olduğunu vurğulayır: yan üstə yatanlara daha qalın, kürəyi üstə yatanlara orta və ya nazik, qarın üstə yatanlara isə mümkün qədər nazik yastıq və ya ümumiyyətlə yastıqsız yatmaq məsləhətdir.

Bundan əlavə, ürək çatışmazlığı olan şəxslər üçün yatağın baş hissəsini bir qədər qaldırmaq, ayaqlarda şişkinlik olan hallarda isə ayaqları yuxarıda saxlamaq faydalı hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun