Tibbi xəbərlər
Burun qurdalamaq qorxulu xəstəliklə əlaqələndirilir -
Tibbi xəbərlər
141

Burun qurdalamaq qorxulu xəstəliklə əlaqələndirilir - Alimlər

Yaşımız nə qədər olsa da, demək olar ki, hamımız burnumuzu qurdalayırıq. Amma zahirən günahsız görünən bu vərdişin qorxulu bir xəstəliklə əlaqəsi ola biləcəyi ortaya çıxıb. Avstraliyada aparılan bir araşdırma siçanlar üzərində aparılan təcrübədən təəccüblü nəticələr verib.

E-saglam.az-ın məlumatına görə, Avstraliyanın Griffith Universitetinin alimləri tərəfindən aparılan və 2022-ci ildə Scientific Reports jurnalında dərc edilən araşdırma, burun qurdalama vərdişi ilə Alzheimer xəstəliyinin bəzi əlamətləri arasında təəccüblü bir əlaqə ortaya qoyub.

Tədqiqat göstərib ki, Chlamydia pneumoniae bakteriyası siçanlarda qoxu siniri vasitəsilə beyinə çata bilir. Bu bakteriyanın burnun daxili selikli qişasına verdiyi zərər, beyində Alzheimer xəstəliyinin xarakterik əlaməti olan amiloid-beta zülalının yığılmasına səbəb olur.

Bunun Alzheimer ilə əlaqəsi varmı?

Neyroloq Ceyms St John mövzunun diqqətçəkən tərəfini belə izah edib:

“Biz ilk dəfə Chlamydia pneumoniae bakteriyasının birbaşa burundan beyinə keçə bildiyini və Alzheimerə bənzər patologiyalara səbəb ola biləcəyini nümayiş etdirdik. Bunu siçan modelində gördük; oxşar vəziyyət insanlarda da baş verə bilər və bu, həqiqətən qorxuludur”.

Əlavə araşdırmalar lazımdır

Tədqiqatçılar bakteriyaların 24-72 saat ərzində mərkəzi sinir sisteminə çataraq Alzheimerə bənzər reaksiyaları tətiklədiyini müəyyən ediblər. Lakin alimlər bildirirlər ki, bu nəticələrin insanlar üçün təsdiqlənməsi üçün əlavə araşdırmalar aparılmalıdır.

Bu tapıntılar ətraf mühit faktorlarının neyrodegenerativ xəstəliklərin inkişafında rol oynaya biləcəyini göstərir. Ancaq insan yönümlü tədqiqatların aparılması vacib olaraq qalır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun