Faydalı
Canan Karatay "ölümsüzlük iksiri"ni açıqladı:
Faydalı
100

Canan Karatay "ölümsüzlük iksiri"ni açıqladı: Sultanların ədviyyatı

Daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Canan Karatayın tez-tez tövsiyə etdiyi və “sultanın ədviyyatı” adlandırdığı sumaq, həm ləzzəti, həm də sağlamlığa verdiyi faydaları ilə yenidən gündəmdədir.

E-saglam.az-ın məlumatına görə, bu təbii ədviyyat, qatıqla istehlak edildikdə və ya çay kimi dəmləndikdə xüsusilə təsirli olur. Əsrlərdir müxtəlif mədəniyyətlərdə müalicə məqsədilə istifadə edilən sumaq, indi yenidən təbii sağlamlıq vasitəsi kimi tanınır.

Sumaq nədir və necə hazırlanır?

Aralıq dənizi və Yaxın Şərq mətbəxlərində geniş istifadə olunan sumaq, qırmızımtıl rəngli giləmeyvələrin qurudulub üyüdülməsi ilə əldə edilir. Ədviyyat kimi istifadə olunsa da, sağlamlığa təsiri səbəbindən son illərdə təbii müalicə vasitəsi kimi də seçilir.

Güclü antioksidant mənbəyidir

Sumaq antosiyaninlər, flavonoidlərfenolik turşular baxımından zəngindir. Bu antioksidantlar orqanizmi sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrə yaşlanmasını ləngidir və immunitet sistemini gücləndirir.

İltihabı azalda bilər

Təbii iltihab əleyhinə xüsusiyyətlərə sahib olan sumaq, bədəndəki iltihab səviyyəsini tarazlaşdırmağa kömək edə bilər. Bu xüsusilə oynaq ağrıları və revmatik problemlərlə mübarizədə faydalı ola bilər.

Həzm sistemini dəstəkləyir

Mütəxəssislərə görə, sumaq həzm fermentlərini stimullaşdıraraq qidanın daha asan həzm olunmasına kömək edir. Qaz, şişkinlik və həzmsizlik kimi problemlərin aradan qaldırılmasına dəstək verir.

Qan şəkərini tənzimləyir

Elmi araşdırmalar sumağın qan şəkərini tarazlaşdırmağa kömək etdiyini və insulin müqavimətini azaltdığını göstərir. Bu təsir, şəkərli diabetin idarəsində faydalı ola bilər.

Ürək sağlamlığına dəstək verir

Sumaq tərkibindəki antioksidantlar sayəsində xolesterolu aşağı sala, qan təzyiqini tənzimləyə bilər. Bu da ümumilikdə ürək-damar sağlamlığının qorunmasına yardımçı olur.

Xərçəngə qarşı potensial qoruyucu təsir

Bəzi elmi tədqiqatlarda sumağın tərkibindəki maddələrin xərçəng hüceyrələrinin inkişafını yavaşlatdığı bildirilib. Lakin bu təsirlərin təsdiqi üçün əlavə elmi araşdırmalara ehtiyac var.

Bakteriya və göbələklərə qarşı təsirli

Sumağın antibakterial və antifungal xüsusiyyətləri sayəsində orqanizm infeksiyalara qarşı daha dözümlü olur. Bu da immunitet sistemini təbii yolla gücləndirir.

Canan Karatayın Sumaq Çay Resepti

Prof. Dr. Canan Karatay, sumaq toxumunun çay kimi dəmlənərək qəbul edilməsini tövsiyə edir. Xüsusilə boğaz ağrıları üçün faydalı olan bu çay, İbn Sinanın da tövsiyələri arasında yer alır.

Hazırlanması:

  • 1 xörək qaşığı təzə sumaq toxumu 1 stəkan su ilə qəhvə qabında qaynadılır.

  • Alternativ olaraq, əvvəlcədən qaynadılmış 1 stəkan suya 1 çay qaşığı üyüdülmüş sumaq əlavə olunaraq 5 dəqiqə dəmlənir.

  • İstəyə görə bir neçə damcı kəklikotu yağı əlavə edilə bilər.

  • Qarışıq süzüldükdən sonra içilə və ya salat souslarına əlavə edilə bilər.

İstifadə zamanı ehtiyatlı olun

Mütəxəssislər, sumağın həddindən artıq istehlakının bəzi hallarda əks təsir göstərə biləcəyini bildirirlər. Yüksək təzyiq problemi olan şəxslər ehtiyatlı olmalı, çünki sumaq təzyiqi arta bilər. Eyni zamanda metabolizmanı sürətləndirdiyi üçün, artıq miqdarda istifadəsi sürətli çəki itkisinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun