Qidalanma vərdişləri ilə bağlı çığır açan açıqlamaları ilə adından söz etdirən Prof. Dr. Canan Karatay bu dəfə yaşlanma əleyhinə qidanı açıqlayıb.
E-saglam.az xəbər verir ki, müntəzəm olaraq kivi yeməyin qocalma əlamətlərini azaltdığını izah edən Karatay, faydalı komponentləri ilə seçilən kivinin dəri qırışlarına və göz altındakı qara dairələrə yaxşı olduğunu vurğuladı.
Kivinin sizi 10 yaş cavan göstərdiyini deyən Karatay, axşam saatlarına qədər möcüzə meyvəni istənilən vaxt istehlak etməyin heç bir zərəri olmadığını bildirib.
İmmuniteti gücləndirir
Kivinin tərkibindəki ümumi sağlamlıq üçün çoxsaylı faydalar təmin edən antioksidantlar və C vitamini bədən müqavimətini artırır və infeksiyalara qarşı istehsal olunan ağ qan hüceyrələrinin əmələ gəlməsini təmin edir. Həmçinin ağ qan hüceyrələrinin funksiyalarını artıraraq insanı sərbəst radikallardan qoruyur .
Xərçəngin qarşısını alır
Sərbəst radikallar bədəndə xərçəngin yaranmasında təsirlidir. Kivinin tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizədə qalxan rolunu oynayır.
Ürəyi qoruyur
Kivinin tərkibindəki kalium qan damarlarını rahatlamağa və təzyiqi tarazlaşdırmağa kömək edir. Kivi yaxşı xolesterini artırır.
Qeyd: Ancaq allergik reaksiyalar zamanı müntəzəm kivi istehlakına başlamazdan əvvəl mütəxəssislə məsləhətləşmək faydalıdır.
Tərcümə: Könül Oruc
E-saglam.az