Faydalı
Canan Karataydan şəfa formulu: Bu iki qidanı birlikdə yeyin –
Faydalı
240

Canan Karataydan şəfa formulu: Bu iki qidanı birlikdə yeyin – damarları qoruyur, qocalmanı ləngidir

Prof. Dr. Canan Karatay sağlamlıqla bağlı növbəti tövsiyəsini paylaşıb.

E-saglam.az xəbər verir ki, onun fikrincə, tahin və bəkməz birgə istifadə edildikdə həm enerji mənbəyi, həm də damar sağlamlığını qoruyan güclü təsir göstərir. Bu təbii ikili qocalmanı ləngidir, immuniteti gücləndirir və ürək-damar xəstəliklərindən qoruyur.

Tahin və bəkməz – ürəyə faydalı bir duet

Tahin tərkibindəki oleik və linoleik turşular sayəsində pis xolesterini (LDL) azaldır və damar tıxanmalarının qarşısını alır. Bəkməz isə tərkibindəki dəmir və antioksidantlarla qan dövranını dəstəkləyir. Hər ikisi birlikdə istifadə olunduqda ürək sağlamlığını qoruyur, təzyiqi tənzimləyir və infarkt riskini azalda bilir.

Dərinin və saçların təbii dəstəyi

Tahin E vitamini, sink və B vitaminləri ilə zəngindir. Bu maddələr dərinin yenilənməsi, kollagen istehsalı və elastikliyinin qorunmasına kömək edir. Eyni zamanda saç tökülməsinin qarşısını alır, saçlara parlaqlıq verir.

Yaddaş və sinir sisteminə təsiri

Tahin omeqa-3 və omeqa-6 yağ turşuları ilə zəngindir. Bu yağlar beyin funksiyalarını dəstəkləyir, yaddaşı gücləndirir və konsentrasiyanı artırır. Mütəmadi istifadə zehni yorğunluğu azaldır. Xüsusilə tahin-limon qarışığı enerji verən güclü təbii vasitə kimi tanınır.

Sonsuzluq riskini azalda bilər

Canan Karatayın qeyd etdiyi başqa bir vacib təsir isə tahinin hormon balansını tənzimləməsi və məhsuldarlığı artırmasıdır. Bu səbəblə qadın və kişilərdə sonsuzluğa qarşı dəstək verə bilər.

Mineral və vitaminlərlə zəngin qida

Tahinin tərkibində kalsium, fosfor, dəmir, maqnezium, kalium və B, E vitaminləri vardır. Bu maddələr sümük və əzələ sağlamlığı, immun sisteminin güclənməsi və ümumi enerji səviyyəsinin yüksəlməsi üçün əhəmiyyətlidir.

Həzm sisteminə və toxluğa dəstək

Yüksək lif tərkibi sayəsində tahin həzm sisteminin işini nizamlayır, qəbizliyin qarşısını alır və uzun müddət toxluq hissi verir. Buna görə də xüsusilə səhər yeməyində istifadə edilməsi tövsiyə olunur.

Balanslı istehlak vacibdir

Faydalı olsa da, tahin yüksək kalorilidir. Bu səbəbdən porsiyalara diqqət etmək, xüsusilə çəkiyə nəzarət edənlər üçün vacibdir. Susam allergiyası olan şəxslər isə mütləq həkimlə məsləhətləşərək istifadə etməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun