Diabetli insanlar tez-tez yeməkdən sonra qan şəkərinin artması ilə qarşılaşırlar.
E-saglam.az xəbər verir ki, "Şəkərli diabetin səsi" ləqəbi ilə tanınan mütəxəssis yüksək səviyyələri tez bir zamanda azaltmağa kömək edəcək sadə üsulu paylaşıb.
O deyir ki, söhbət rahat gəzməkdən gedir: "Yeni araşdırmalar göstərir ki, yeməkdən sonra cəmi iki-beş dəqiqə gəzmək qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Nə baş verir ki, əzələlərimiz enerji üçün yediyimiz qidadan alınan qlükozadan istifadə etməyə başlayır. Və buna görə də qan şəkərimiz aşağı düşür. Bilirəm ki, yeməkdən sonra məşq etmək həmişə asan deyil, amma iki dəqiqəlik gəzinti belə əhəmiyyətli fərq yaradacaq".
Tərcümə: Könül Oruc