Gözəllik-dəb
Çənədəki qara nöqtələr üçün
Gözəllik-dəb
249

Çənədəki qara nöqtələr üçün effektli üsul

Çənə nahiyəsi üzün ən çox sebum toplanan və qara nöqtə yaranan bölgələrindən biridir. Xüsusilə qarışıq və yağlı dəri tipinə sahib olan insanlar üçün bu sahədəki qara nöqtələr ciddi kosmetik narahatlıq yarada bilər.

E-saglam.az xəbər verir ki, dermatoloqların fikrincə, bu problemlə mübarizə üçün düzgün və müntəzəm qulluq kifayət qədər təsirli nəticə verə bilər. 

Qara nöqtələr məsamələrdə yağ, kir və ölü dəri hüceyrələrinin yığılması nəticəsində yaranır. Hava ilə təmas etdikdə oksidləşərək tündləşirlər. Bu prosesin qarşısını almaq üçün ilk addım düzgün təmizlikdir. Gündə iki dəfə yumşaq təmizləyicilərlə üz yumaq, məsamələrin tıxanmasının qarşısını alır. Tərkibində salisilik turşu olan məhsullar bu məqsədlə xüsusilə effektiv sayılır.

Həftədə bir dəfə buxar vannası tətbiq etmək məsamələri açır, qara nöqtələri yumşaldır və təmizlənməsini asanlaşdırır. Ardınca yaşıl gil və ya bentonit gil kimi təbii maddələr artıq yağı özünə çəkərək məsamələri dərinlikdən təmizləyir.

Təbii peeling üsulları – məsələn, bal və darçın qarışığı antibakterial təsiri ilə məsamələri təmizləyir. Yumurta ağı maskası isə dərini sıxaraq qara nöqtələrin səthə çıxmasını asanlaşdırır.

Qara nöqtələri əllə sıxmaq və ya dırnaqla çıxarmağa çalışmaq dəridə qıcıqlanma, iz və iltihab riski yarada bilər. Bu səbəbdən spirtsiz toniklərə, yüngül pilinqlərənəfəs alan məhsullara üstünlük verilməlidir.

Əgər ev şəraitində görülən tədbirlər nəticə vermirsə və ya qara nöqtələr iltihablı sızanaqlara çevrilirsə, dermatoloq nəzarəti altında komedon təmizləməsi tövsiyə olunur. Bu, problemin daha təhlükəsiz və effektiv aradan qaldırılmasını təmin edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun