Xəbərlər
Cəsarət Valehova vəzifə verildi
Xəbərlər
814

Cəsarət Valehova vəzifə verildi

Mədəniyyət Nazirliyində yeni təyinat olub.

E-saglam.az APA-ya istinadən xəbər verir ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Cəsarət Valehov mədəniyyət nazirinin müşaviri təyin edilib.

Qeyd edək ki, o, İTV-nin Elm və Təhsil departamentinin direktoru, Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini və İctimaiyyətlə əlaqələr sektorunun müdiri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, C.Valehov Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsində bakalavr dərəcəsi üzrə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsində isə magistratura elmi dərəcəsi üzrə təhsil alıb. ABŞ-nin Corc Vaşinqton Universitetinin Fulbrayt proqramı məzunudur.

Fəlsəfə doktoru, dosent, əməkdar jurnalistdir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun