Xəbərlər
Çində möcüzə: 25-ci mərtəbədən yıxılan
Xəbərlər
295

Çində möcüzə: 25-ci mərtəbədən yıxılan qız ayağa qalxdı

Çinin Tanşan şəhərində azyaşlı qız 25-ci mərtəbədən yıxılmasına baxmayaraq sağ qalıb.

E-saglam.az "South China Morning Post"a istinadən xəbər verir ki, 9 yaşlı şagird otaqda istilik hiss edib və pəncərəni açmaq qərarına gəlib. Lakin pəncərə möhkəm olmayıb və qız aşağı yıxılıb. O, 7-ci mərtəbədə ilişərək qalıb.

Uşağı 7-ci mərtəbədə yaşayan qonşu tapıb. Qız ayağa qalxıb bir neçə addım atmağı bacarsa da, güclü ağrılar səbəbilə yenə yıxılıb.

Hazırda azyaşlının bədənində çoxsaylı sınıqlar olsa da, səhhəti tədricən yaxşılaşır. (oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun