Məşhur seksoloq Juaun Borzino cinsi istəyi artırmaq üçün gündəlik qidalanmada bəzi təbii məhsullara yer verməyi tövsiyə edib.
E-saglam.az xəbər verir ki, o, "Metropoles" nəşrinə verdiyi müsahibədə libidonu gücləndirən dörd əsas qidanın adını çəkib.
1. Qara şokolad
Qara şokoladın tərkibində olan triptofan və feniletilamin maddələri əhval-ruhiyyəni yüksəldir, xoşbəxtlik hissi yaradır və libidonu artırır. Eyni zamanda, bu qida enerji verən antioksidantlarla da zəngindir.
2. Zəncəfil
Bütün bədəndə qan dövranını sürətləndirən və istilik verən zəncəfil cinsi orqanlara qan axınını artıraraq istəyi gücləndirir. İstifadəsi həm təzə, həm də çay formasında mümkündür.
3. Acı bibər
Acı bibər də qan dövranını aktivləşdirir və bədəndə istilik effekti yaradır. Bu da cinsi həssaslığı və istəyi artıran amillərdən biri sayılır.
Juaun Borzino eyni zamanda vurğulayır ki, balanslı qidalanma və sağlam həyat tərzi cinsi sağlamlığın təməlidir və bu məhsullar onlara dəstək məqsədilə istifadə olunmalıdır.
Tərcümə: Könül Oruc