Faydalı
Çiyələkləri daha uzun müddət təzə saxlamağın
Faydalı
199

Çiyələkləri daha uzun müddət təzə saxlamağın sadə və qeyri-adi üsulu

İspan aşpazı Paloma Kolas çiyələklərin təravətini qorumağın effektiv və asan üsulunu paylaşıb.

E-saglam.az xəbər verir ki, o, bu life hack-i "Vanitatis" nəşrinə verdiyi müsahibədə açıqlayıb.

Aşpazın sözlərinə görə, ilk növbədə çiyələkləri saplaqları ilə birlikdə bir qaba yerləşdirmək lazımdır. Ardınca onları 60 dərəcə isti suda bir dəqiqə saxlayıb süzmək və dərhal ardından eyni prosesi çox soyuq su ilə təkrarlamaq tövsiyə olunur. Bu “termal şok” üsulu meyvənin üzərindəki patogenləri məhv edir və giləmeyvələrin tez xarab olmasının qarşısını alır.

Daha sonra Kolas çiyələklərin saplaqlarını çıxarıb, onları perqament kağızı ilə örtülmüş boşqaba düzməyi və üstünü yapışqan film ilə örtməyi məsləhət görür. Son addım olaraq, artıq nəmin çıxması üçün filmin üzərinə diş çöpü ilə kiçik deşiklər açmaq lazımdır.

Bu sadə üsul sayəsində çiyələklərin təravəti və saxlanma müddəti xeyli uzanır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun