Faydalı
Çiyələyin nitratlı olub-olmadığını evdə özünüz yoxlayın -
Faydalı
180

Çiyələyin nitratlı olub-olmadığını evdə özünüz yoxlayın - Sadə TEST

Rəflərdəki gözəl görünən çiyələklər xoşagəlməz sirləri gizlədə bilər.

E-saglam.az xəbər verir ki, həkim Yekaterina Sysoeva "RİA Novosti" ilə söhbətində mükəmməl görünən parlaq giləmeyvələrin təhlükələrindən danışıb.

Sysoevanın sözlərinə görə, çiyələk, qarpız, albalı və ərikdə tərəvəz və meyvələrin böyüməsini yaxşılaşdırmaq üçün kənd təsərrüfatında istifadə olunan nitratlar - azot turşusu duzları ola bilər. "Məhsulun tərkibində nitratların olub-olmadığını müəyyən etmək olduqca asandır. Narahatlıq əlaməti nöqtə və ya ləkəsiz, parıldayan mükəmməl meyvədir", - deyə həkim izah edib.

Bundan əlavə, çiyələklərin dad və qoxusunun olmaması nitratlardan xəbər verir. Meyvədə nitrat və ya digər zərərli maddələrin olub-olmadığını öyrənmək üçün sadə və maraqlı bir test aparmaq olar. Bu test həm böyüklər, həm də uşaqlar üçün maraqlı olacaq.

Meyvənin kiçik bir hissəsini kəsin və bir stəkan təmiz suya qoyun. Bir neçə dəqiqə gözləyin və suya baxın. Əgər suyun rəngi dəyişirsə (məsələn, bulanırsa və ya rəngli olursa), bu o deməkdir ki, meyvədə arzuolunmaz kimyəvi maddələr, xüsusilə nitratlar ola bilər. Belə meyvələri yemək tövsiyə olunmur.

Əgər su rəngsiz və şəffaf qalırsa, bu, meyvənin daha təbii və təhlükəsiz olduğunu göstərə bilər. Çünki təbii meyvələr suda rəng buraxmır.

Çiyələklərin səthindən emal izlərini aradan qaldırmaq üçün terapevt giləmeyvə yeməkdən əvvəl ən azı 20 dəqiqə soyuq suda saxlamağı məsləhət gördü.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun