Faydalı
Çörək otunu düzgün istifadə edirsinizmi?
Faydalı
207

Çörək otunu düzgün istifadə edirsinizmi?

Min illərdir şəfa mənbəyi kimi tanınan çörək otu (qarazirə) bir çox sağlamlıq problemi üçün faydalı təsirləri ilə seçilir.

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, o, xüsusilə iltihablı revmatizm, qaraciyər problemləri və xolesterol səviyyələrinin tənzimlənməsində təsirli ola bilər. Lakin bu faydalardan yararlanmaq üçün onun düzgün şəkildə və miqdarda istehlak edilməsi vacibdir.

Çörək otu necə təsir edir?
Çörək otunun əsas təsiredici maddəsi – timokinon – iltihabəleyhinə, antibakterial, antioksidant və xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Araşdırmalar göstərir ki, bu maddə eyni zamanda HDL (yaxşı) xolesterolu artırır, LDL (pis) və trigliseridi azaldır. Həmçinin qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edir və immun sistemi gücləndirir.

Nə qədər istifadə olunmalıdır?
Gündə 1 çay qaşığı çörək otu və ya onun yağı kifayət edir. Toxumlar çeynənərək, üyüdülərək və ya yağı şəklində qəbul edilə bilər. Onu səhər yeməklərinə, salatlara, isti yeməklərə və ya şorbalara əlavə etmək mümkündür. Çörək otu yağı bal və ya qatıqla qarışdırılaraq da istifadə oluna bilər.

Dəriyə və diabetə də faydası var
Çörək otu yağı sızanaq və sedef kimi dəri problemlərinə qarşı faydalıdır, yaşlanma əleyhinə təsiri də qeyd edilir. Antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində qan şəkərini tənzimləməyə və insulin müqavimətini azaltmağa kömək edə bilər.

Diqqət edilməli məqamlar
Çörək otunun həddindən artıq istifadəsi mədə həssaslığı və allergik reaksiyalara səbəb ola bilər. Hamilə qadınlar, ana südü verən analar və müəyyən xəstəliklərdən əziyyət çəkənlər (məsələn, qan durulaşdırıcı qəbul edənlər, diabet və ya təzyiq problemi olanlar) onu ehtiyatla istifadə etməlidirlər.

Sağlamlıq üçün resept fikirləri:
– 1 stəkan qatıq + 1 ç.q. üyüdülmüş çörək otu + 1 ç.q. bal
– Qaynadılmış kinoa, hinduşka əti, cəfəri, pomidor, nar turşusu və 1 ç.q. çörək otu yağı ilə salat

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun