Psixologiya
Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ
Psixologiya
396

Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ

Gündəlik həyatımızdakı bir çox vərdişlərin bir qismi beyni kiçildir. Həmçinin, nevroloji xəstəliklərə tutulmamaq üçün karbohidrat, doymuş yağ, marqarin, şəkər kimi qidalardan uzaq durmaq lazımdır.

E-saglam.az xəbər verir ki, Türkiyəli professor Demet Özbabalık Adapınar beyni kiçildən faktorları açıqlayıb:

- Stres və depressiya ciddi bir risk faktorudur. Tez-tez eyni şeyə fokuslanmaq və o mövzuda uzun vaxt keçirmək, buna baxmayaraq problemləri həll edə bilməmək o bölgə ilə bağlı problemləri ortaya çıxarır.

- Tək bir təhsillə davam etmək, hansısa məşğələlərin olmaması, digər yaşam şəkillərinə qapalı olmaq insanın hər zaman eyni beyin bölgəsini istifadə etməsinə səbəb olur. Beləliklə o bölgə zamanla yorulur.

- İdman etməmək də beyni kiçildən ən önəmli risk faktorlarından biridir. Gündə 10.000 addım atmaq çox önəmlidir. Artıq fiziki idman və sənətlə məşğul olmaq beyni qoruduğu tez-tez qeyd edilir./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun