Faydalı
Çox insan təzyiqi səhv ölçür -
Faydalı
521

Çox insan təzyiqi səhv ölçür - öncə bunu etmək lazım imiş

Kardioloq Aleksey Utin bir çox insanın təzyiqini səhv ölçdüyünü bildirdi.

E-saglam.az xəbər verir ki, o, endokrinoloq Maksim Kuznetsovun YouTube kanalına verdiyi müsahibədə nəticələri təhrif edən gözlənilməz amilləri sadalayıb.

Utin bildirib ki, təzyiqin ölçülməsi zamanı rahat vəziyyətdə oturmaq lazımdır. Bununla əlaqədar, o, prosedurdan əvvəl tualetə getməyi tövsiyə etdi, çünki dolu sidik kisəsi göstəricilərin artmasına səbəb olur.

Həkimin fikrincə, əl masanın üstündə yatmalıdır və təzyiqi ölçməzdən əvvəl yaxşı bir şey haqqında düşünərək yalnız beş dəqiqə oturmaq lazımdır. Bundan əlavə, prosedur zamanı ayaqlarınızı keçməməlisiniz, çünki bu mövqe göstəriciləri də artırır. Utin də orta nəticəni daha sonra hesablamaq üçün bir neçə dəqiqəlik fasilə ilə iki dəfə ölçmə aparmağı tövsiyə etdi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun