Faydalı
D vitamini haqqında bilmədiyimiz 5 FAKT
Faydalı
224

D vitamini haqqında bilmədiyimiz 5 FAKT

D vitamininin bədəndə az və ya çox olması orqanizm üçün təhlükəlidir. Xüsusilə koronavirusa yoluxan xəstələrin sağalması üçün mütəxəssislər D vitamini qəbul etməyi məsləhət görürdü.

E-saglam.az xarici KİV-ə istinadən D vitamini haqqında bilmədiklərinizi təqdim edir:

Alimlərin fikrincə, D vitamininin çox olması ürək bulanmasına səbəb olur. 

Əgər bədəndə D vitamini çoxdursa, gün ərzində özünüzü yorğun hiss edə bilərsiniz.   

Bədəndə D vitamini ilə kalsiumun artması böyrək daşlarının yaranma riskini artırır. 

Yumurta, balıq, göbələk, soya südü, portağal suyu qəbul etməklə, D vitamin əskikliyinə son verə bilərsiniz.

Uşaq və böyüklərdə D vitamini aşağı olarsa, astma, allergik xəstəliklər, soyuqdəymə və ya yuxarı tənəffüs yolu infeksiyalarına yaxalanma halları yüksəkdir./lent.az/

 

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun