Tədbirlər
Daha bir maarifləndirici tədbir:
Tədbirlər
608

Daha bir maarifləndirici tədbir: Bakıda həkimlərlə xanımların səhər yeməyi görüşü baş tutub

30.11.2024 cü il tarixində Bioloji Təbabət klinikasının və "World karyera və peşə mərkəzi"nin təşkilatçılığı ilə xanımlar üçün xroniki xəstəliklərlə bağlı maarifləndirici tədbir keçirildi.

E-saglam.az xəbər verir ki, bu dəfəki görüş səhər yeməyi masası ətrafında həkimlərlə xanımları bir araya gətirdi.

Belə ki, keçirilən görüşdə klinikanın baş həkimi terapevt, İnteqrativ Tibb Mütəxəssisi Dr. Gülnar Quliyeva və uzm.dr. həkim-pediatr Lalə Nəsirova inteqrativ tibb və müalicə üsulları ilə bağlı iştirakçıları ətraflı məlumatlandırdı.

Xanımlar suallarını həkimlərə ünvanlayaraq geniş izahla tanış oldular.

Sonda isə iştirakçılara Bioloji təbabət klinikasının promo məhsulları və check-up endirimləri təqdim olundu və xatirə foto çəkildi.

E-saglam.az 

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun