Sağlamlıq
Daha yaxşı yuxu üçün
Sağlamlıq
1900

Daha yaxşı yuxu üçün 6 sadə üsul

Normal yuxu rejimi sağlamlığımız üçün vacibdir.

Bu sözləri E-saglam.az-a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, daha yaxşı yuxu üçün 6 sadə üsul var:

 Günortadan sonra qəhvə içməyin. Qəhvə orqanizmdən minimum 5-6 saat sonra sovrulmağa başlayır.

- Çalışın, gün ərzində 20-30 dəqiqə idman edin. Bu yuxu problemi olanlar üçün ən vacib tövsiyədir.

- Hər gün mütləq günəş işığı qəbul edin. Açıq havada olmaq yuxu üçün faydalıdır, immun sistemini gücləndirir, enerjini artırır, yüksək təzyiqi aşağı salır.

- Lazımi qədər maqnezium qəbul edin. Bu mineral yuxunu tənzimləyən bioloji prosesdə əsas rol oynayır.

- Yatmağa yaxın bütün elektronik cihazlardan uzaqlaşın. Mavi işığa məruz qalmaq beynindəki epifiz vəzi tərəfindən ifraz olunan melatonin hormonunu azaldır.

- Yuxuya getmək üçün ən yaxşı temperatur 18C°- 21C°-dir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun