Sağlamlıq
Damar sərtləşməsinin və infarktın qarşısını alır... -
Sağlamlıq
219

Damar sərtləşməsinin və infarktın qarşısını alır... - Bol-bol yeyin!

Tərkibində olan vitaminlər, minerallar və antioksidantlar sayəsində üzüm ürəkdən gözə qədər müxtəlif orqanlar üçün faydalıdır.

E-saglam.az xəbər verir ki, üzüm sümük sınması riskini azaldır. Tərkibində olan K vitamini, kalium, kalsium və maqnezium sümüklərin sağlamlığı üçün vacib komponentlərdir. Həmçinin bu meyvə immuniteti gücləndirir. 1 stəkan üzümdə 4,8 mq c vitamini var. Üzüm bakteriyalar və viruslara qarşı da orqanizmi qoruyur.

Bu meyvə ürək fəaliyyətini stimullaşdırır. 

 2019-ci ildə “Nutrients” dərgisində yayımlanan araşdırma məqaləsinə görə üzüm damar sərtləşməsinin və infarktın qarşısını alır. O həmçinin qan təzyiqini normada saxlamağa kömək edir.

Tərkibində olan lütein və zeaksantin piqmentləri göz üçün faydalıdır. Bu piqmentlər görmə kontrastını və məsafəsini artırmağa kömək edir.(Sfera.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun