Sağlamlıq
Damarları açır və öd kisəsini təmizləyir:
Sağlamlıq
12

Damarları açır və öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzə ikili

Kətan toxumu ilə qatığın birləşməsi həzm sisteminin fəaliyyətini yaxşılaşdırdığı, bağırsaqları təmizlədiyi və ürək-damar sağlamlığını dəstəklədiyi üçün mütəxəssislər tərəfindən faydalı qida dueti kimi qiymətləndirilir.

E-saglam.az xəbər verir ki, yüksək lif tərkibli kətan toxumu probiotiklərlə zəngin qatıqla birlikdə bağırsaqlarda toksinlərin xaric olunmasına və qaraciyər yükünün azalmasına kömək edir.

Kətan toxumu Omeqa-3 yağ turşularının mənbəyidir və bu maddələr damar sağlamlığının qorunmasında mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, Omeqa-3 yağ turşuları qan dövranını yaxşılaşdırır, damar divarlarında sərtləşmə riskini azalda və xolesterolun idarə olunmasına dəstək ola bilər.

Qarışığın digər üstünlüyü öd axınına müsbət təsir göstərməsi ilə bağlıdır. Lif və probiotik tərkib ödün normal hərəkətini dəstəkləyir, həzmi yüngülləşdirir və öd kisəsi ilə bağlı bəzi narahatlıqların qarşısını almağa kömək edə bilər. Qatığa əlavə olunan kətan toxumu həm də doyumluluq hissi yaradır və metabolik prosesləri aktivləşdirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun