Qidalanma
Dənizdə çimərkən qarğıdalı yemək zərərlidir:
Qidalanma
161

Dənizdə çimərkən qarğıdalı yemək zərərlidir: Həkimlər xəbərdarlıq edir

Yay aylarında sahildə qarğıdalı yemək bir çox insan üçün əvəzolunmaz vərdişə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər: dənizdə çimərkən və ya dərhal sonra qarğıdalı yemək sağlamlıq üçün bir sıra risklər yarada bilər.

E-saglam.az xəbər verir ki, birincisi, qarğıdalı çeynənməsi çətin olan, lifli və həzm sistemi üçün müəyyən yük yaradan bir qidadır. Dənizdə çimdikdən sonra bədəndə qan dövranı dəyişdiyi, bədən temperaturu nizamlanmağa çalışdığı üçün mədə-bağırsaq sisteminə yük düşməsi həzm problemlərinə səbəb ola bilər. Üstəlik, soyuq sudan çıxan zaman bədənin enerjisi əsasən istiliyin qorunmasına yönəldiyi üçün, həzm üçün kifayət qədər qan axını təmin edilmir. Bu, qarın ağrısı, köp, bulantı və hətta spazm riskini artırır.

İkincisi, sahil şəraitində gigiyena qaydalarına tam riayət olunmaması qarğıdalının mikroorqanizmlərlə çirklənməsi ehtimalını artırır. Əllərin yuyulmadan yeməyə toxunması, qum və dəniz suyu ilə təmasda olan qabların istifadəsi bağırsaq infeksiyalarına yol aça bilər.

Həkimlər həmçinin bildirirlər ki, qarğıdalı tərkibində çoxlu miqdarda karbohidrat olan, yəni qısa müddətdə enerji verən bir qidadır. Lakin dənizdə üzgüçülük kimi fiziki aktivlikdən əvvəl və ya sonra bu tip yüksək karbonhidratlı yeməklər qanda şəkərin sürətli dəyişməsinə səbəb ola bilər ki, bu da halsızlıq, başgicəllənmə və ya ürəkbulanma ilə nəticələnə bilər.

Xüsusilə dənizdən dərhal sonra isti qarğıdalı yemək mədədə turşu səviyyəsini artıra və reflüks şikayətlərini gücləndirə bilər. Xüsusən boş mədəyə qarğıdalı yemək bu riskləri daha da artırır.

Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun