Sağlamlıq
Depressiyadan qurtulmaq üçün hər gün bunu edin
Sağlamlıq
424

Depressiyadan qurtulmaq üçün hər gün bunu edin

Araşdırmalara əsasən təbiətdə 10 dəqiqəlik gəzinti depressiya və narahatlıq əlamətlərini azaldır, əhval-ruhiyyəni və həyat eşqini artırır.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri “Ecopsychology” jurnalında dərc olunub.

Nəticələr göstərib ki, yaşıl məkanlarda, açıq havada 10 dəqiqəlik gəzinti psixi xəstəlik əlamətlərinə (depressiya və narahatlıq), idrak və emosional tənzimləməyə, əhval-ruhiyyənin və həyat keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə müsbət təsir edib.

Tədqiqatçılar deyib ki, faydalı təsirlər açıq hava fəaliyyətinin növündən asılı olaraq bir qədər fərqlənir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun