Gözəllik-dəb
Dəridəki ləkələrə son qoyan albalı maskaları
Gözəllik-dəb
220

Dəridəki ləkələrə son qoyan albalı maskaları

Xanımların ən həssas mövzularından biri də hamar və gözəl dəriyə sahib olmaqdır.

E-saglam.az bu dəfə ev şəraitində cildə qulluq zamanı yaxşı gələcək albalı maskalarını təqdim edir.  

Dəri ləkələrini sağaldan albalı maskası

Tərkibi:

Albalı

Qatıq

Bal

Şəkər tozu

Hazırlanma qaydası:

Albalının suyunu sıxıb üzərinə bal, şəkər tozu və qatıq əlavə edib qarışdırın. Alınan qarışımı dərinizə çəkib 20 dəqiqə gözləyın. Daha sonra soyuq su ilə yuyun.

Dərini ağardan albalı maskaları

Tərkibi:

5 ədəd albalı

Yarım çay qaşığı bal

Su

Hazırlanma qaydası:

Albalıları qabda əzib, üzərinə bal və su ilə birlikdə krem ​​halına gələnə qədər qarışdırın. Bu maskanı göz ətrafına çəkməməyə diqqət edin. 15 dəqiqədən sonra maskanı yuya bilərsiniz. 2 həftədə bir dəfə müntəzəm olaraq tətbiq etməyiniz tövsiyə olunur.

Tərkibi:

4 albalı

Yarım limonun suyu

2 çay qaşığı bal

Hazırlanma qaydası:

Toxumlarını çıxarıb albalıları əzin. Limon suyu və bal əlavə etdikdən sonra üzünüzə çəkin və 20 dəqiqədən sonra durulayın. Həftədə bir dəfə tətbiq edə bilərsiniz./axşam.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun