Tibbi xəbərlər
Dərmansız şəkildə ödemdən xilas olun: Səhərlər bu içkiləri için,
Tibbi xəbərlər
200

Dərmansız şəkildə ödemdən xilas olun: Səhərlər bu içkiləri için, şişkinlikdən əsər qalmasın!

Yay aylarında bir çox insan bədənində yaranan şişlik, ağırlıq və gərginlik hissindən şikayətlənir. Bu hallar əksər vaxt ödem, yəni orqanizmdə artıq mayenin toplanması ilə bağlıdır.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ödemin səbəbləri arasında düzgün olmayan qidalanma, hərəkətsizlik, hormonal dəyişikliklər və yüksək duz istehlakı mühüm yer tutur.

Əgər dərmansız, təbii və effektiv bir həll axtarırsınızsa, evdə rahatlıqla hazırlaya biləcəyiniz bu 5 sadə içki ilə bədəninizdəki artıq mayedən xilas ola bilərsiniz.

Cəfəri-limon qarışığı

Cəfəri və limon birləşərək güclü antioksidant təsir göstərir və ödemi aradan qaldırmağa kömək edir.
Hazırlanması: Bir ovuc cəfərini qarışdırın, üzərinə yarım limonun suyunu əlavə edin və 1 stəkan su ilə qarışdırın. Bu içkini səhər acqarına, həftədə 3 dəfə için.

Xiyar-nanə sulu içki

Xiyarın su tərkibi yüksəkdir, nanə isə bədəni sakitləşdirir.
Hazırlanması: 1 xiyar doğrayın, 1 litr suya əlavə edin və bir neçə təzə nanə yarpağı ilə birlikdə bir gecə soyuducuda saxlayın. Ertəsi gün gün ərzində içə bilərsiniz.

Alma sirkəli su

Alma sirkəsi bədəni qələviləşdirir, həzmi yaxşılaşdırır və artıq mayeni çıxarmağa yardım edir.
Hazırlanması: 1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi əlavə edin. Səhər acqarına için. Mədə problemi olanlar əvvəlcə həkimlə məsləhətləşməlidir.

Şüyüd çayı

Şüyüd bağırsaqların fəaliyyətini yaxşılaşdırır və şişkinliyi azaldır.
Hazırlanması: 1 çay qaşığı şüyüd toxumunu qaynar suda 5 dəqiqə dəmləyin. Soyuyanda süzün və gündə 1-2 stəkan içə bilərsiniz.

Zəncəfil-limon çayı

Zəncəfil iltihabı azaldır, limon isə immuniteti gücləndirir və bədəni təmizləyir.
Hazırlanması: 1 dilim təzə zəncəfili 10 dəqiqə qaynar suda dəmləyin. İçinə bir neçə damcı limon suyu əlavə edin. Gündə 1 stəkan içmək kifayətdir.

Bu içkiləri gündəlik həyatınıza əlavə etməklə dərman istifadə etmədən bədəninizi rahatlaşdırmaq, ödemdən xilas olmaq və özünüzü daha yüngül hiss etmək mümkündür.

Qeyd: Bu məlumatlar tibbi məsləhət əvəzi deyil, istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun