Qidalanma
Diyetoloq müxtəlif duz növlərini müqayisə etdi:
Qidalanma
7

Diyetoloq müxtəlif duz növlərini müqayisə etdi: təbii duzlar düşündüyünüz qədər üstün deyil

Dəniz, çəhrayı və digər "təbii" duz növləri süfrə duzuna nisbətən daha sağlam hesab edilsə də, bu fərq çox da əhəmiyyətli deyil.

E-saglam.az xəbər verir ki, diyetoloq Sonia Pombo The Guardian-a müsahibəsində müxtəlif duz növlərinin tərkibi və sağlamlığa təsiri barədə danışıb.

Mineral fərqlər minimaldır

Pombo qeyd edir ki, dəniz və ya çəhrayı Himalay duzlarının üstünlüyü adətən daha çox mineral ehtiva etməsi ilə əsaslandırılır. Ancaq onun sözlərinə görə, bu duzlardakı kalium və maqnezium miqdarı o qədər azdır ki, sağlamlıq baxımından ciddi fayda gözləmək olmaz. “Əgər orqanizminizə faydalı minerallar vermək istəyirsinizsə, meyvə və tərəvəz yeyin”, – deyə ekspert məsləhət görür.

Bütün duzlar sağlamlıq üçün risk daşıyır

Diyetoloq vurğulayır ki, duzun mənşəyindən asılı olmayaraq, həddindən artıq qəbul edilməsi sağlamlıq üçün zərərlidir. Gündəlik maksimum qəbul norması 6 qramdır, lakin hazırda əksər insanlar bu miqdardan təxminən 40 faiz artıq duz qəbul edir. Bu isə qan təzyiqinin yüksəlməsi və ürək-damar xəstəlikləri riskinin artması ilə nəticələnə bilər.

Sağlam yanaşma: duz miqdarını azaltmaq

Pombo hesab edir ki, duzun hansı növ olmasından çox, onun pəhrizdəki ümumi miqdarı önəmlidir. Sağlam duz istehlakı üçün o, aşağıdakı tövsiyələri verir:

  • Evdə daha çox yemək hazırlayın

  • İşlənmiş və duzu yüksək olan məhsullardan uzaq durun

  • Yeməkləri duzla deyil, təbii ədviyyat və otlarla dadlandırın

"Təbii” və ya “ekoloji” etiketli duzlar daha sağlam görüntü yaratsa da, onların faydası düşündüyümüz qədər böyük deyil. Ən doğru yanaşma duzu az istifadə etmək və balanslı qidalanmaqdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun