Faydalı
Diyetoloqlar tiroid sağlamlığı üçün ən yaxşı və ən pis
Faydalı
151

Diyetoloqlar tiroid sağlamlığı üçün ən yaxşı və ən pis qidaları açıqlayıblar

Qalxanabənzər vəz hər nə qədər kiçik olsa da, bədəndə maddələr mübadiləsini, istiliyi, ürək fəaliyyətini və əhval-ruhiyyəni tənzimləyən mühüm orqandır. Onun düzgün işləməsi üçün pəhriz dəstəyi böyük əhəmiyyət daşıyır.

E-saglam.az xəbər verir ki, diyetoloqlar Josten Fisch və Daniel Smith bu məqsədlə həm faydalı, həm də zərərli qidaların siyahısını təqdim ediblər.

Tiroid üçün faydalı ilk 5 qida

Braziliya qoz-fındığı – Selenlə zəngindir, bu element tiroid hormonlarının tarazlığında mühüm rol oynayır. Lakin gündə 2-3 ədəd ilə kifayətlənmək lazımdır.

Dəniz yosunu – Yod mənbəyidir, lakin Haşimoto xəstəliyi olan şəxslərdə diqqətlə istifadə edilməlidir.

Yumurta – Yod, selen və tirozinlə zəngindir. Bu üç maddə hormon istehsalı üçün vacibdir.

Mal əti – Tərkibindəki sink immunitet sistemini gücləndirir və vəzin fəaliyyətini dəstəkləyir.

Yarpaqlı göyərtilər – Antioksidantlar və B vitaminləri ilə zəngindir, orqanizmin ümumi sağlamlığına müsbət təsir göstərir.

Tiroidə zərər vura biləcək 5 qida

Soya məhsulları – Hipotiroidizm üçün qəbul edilən dərmanların sorulmasına mane ola bilər.

Kofein – Xüsusilə hipertiroidizmdə narahatlıq və təzyiq artımını gücləndirə bilər.

Çiy xaççiçəkli tərəvəzlər (kələm, brokoli və s.) – Tərkibindəki guatrogenlər tiroid hormonlarının sintezini zəiflədə bilər.

Şəkər və şirniyyatlar – Qan şəkərində kəskin artıma səbəb olur, bu da hormonal balanssızlıq yarada bilər.

Trans yağlar – Sinir sisteminə və tiroid-behin əlaqəsinə mənfi təsir göstərir, koqnitiv funksiyaları zəiflədir.

Mütəxəssislər vurğulayırlar ki, əgər sizdə tiroid problemi varsa, pəhrizdə dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Hər bir insanın bədəni fərqli reaksiya verə bilər və fərdi yanaşma ən doğru nəticəni təmin edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun