Gözəllik-dəb
Dodaq dolğularında xərçəng riski aşkarlanıb -
Gözəllik-dəb
320

Dodaq dolğularında xərçəng riski aşkarlanıb - Araşdırma

Bəzi dodaq dolğuları xərçəng kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, İngiltərədəki Teesside Universitetindən Dr. Kalliopi Dodounun rəhbərlik etdiyi araşdırma, dodaq dolğularında istifadə edilən maddələrin qan axınına təsir göstərərək xərçəngə səbəb ola biləcəyini ortaya qoyub. 

Dolğularda istifadə edilən bəzi kimyəvi maddələrin keyfiyyətsiz ola biləcəyini ifadə edən Dodou, bu maddələrin damar sistemi ilə qarışaraq qan dövranını mənfi təsir edə biləcəyini qeyd edib.

Araşdırmalar göstərir ki, bəzi dolğular zamanla bədəndən sorulur, lakin bəziləri bədəndə uzun müddət qalır. Bu vəziyyət sağlamlıq üçün təhlükəlidir. Mütəxəssislər bildirirlər ki, bu səbəbdən də dolğu aparılacaq yerin gigiyenik şəraitdə olması və istifadə olunan materialların keyfiyyəti böyük əhəmiyyət kəsb edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun