Xəbərlər
Dolu düşəcək, güclü külək olacaq
Xəbərlər
1282

Dolu düşəcək, güclü külək olacaq - XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

E-saglam.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.

Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun