Faydalı
Donmuş limonun
Faydalı
226

Donmuş limonun möcüzəvi faydaları

Donmuş limonun sağlamlıq üçün faydalarını yəqin ki çoxlarınız bilmirsiniz.

E-saglam.az xəbər verir ki, limon qabığının şirəsindən daha çox qida maddəsi ehtiva etməsi və tərkibində bir çox xəstəliklərlə mübarizə aparan birləşmələrin olduğu sübut edilib.

Limonun faydalarını artırmaq üçün ən yaxşı yol onları dondurmaq, sürtgəcdən keçirmək və istifadə etməkdir.

Bir limonu yaxşıca yuyun, sonra dondurucuya qoyun və bir gecə gözləyin. Ertəsi gün limonu qabığı ilə rəndələyin. Beləliklə dondurulmuş limonlar, heç bir qida maddəsini itirmir və tərkibində olan bütün vitaminlərdən faydalana bilərsiniz.

Tədqiqatlar göstərir ki, limonun tərkibində C vitamini, qlikozidlər, pektin və limon turşusu da daxil olmaqla xərçənglə mübarizə aparan təxminən 25 birləşmə var.

Mütəxəssislərin fikrincə, qabığın tərkibində şirədən daha çox qida maddəsi var. Buna görə də limonu dondurub sonradan həm qida, həm də dəriyə qulluq üçün istifadə etmək tövsiyə olunur.

Araşdırmalar göstərib ki, limon qabıqları insan orqanizmindən bütün zəhərli tullantıları çıxarmaq potensialına malikdir.

Ölkə.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun