Tibbi xəbərlər
Dünya yeni pandemiyalara hazırlaşmalıdır
Tibbi xəbərlər
330

Dünya yeni pandemiyalara hazırlaşmalıdır

Qlobal cəmiyyət hazırda tüğyan edən koronavirus pandemiyasından dərs götürməli, yeni epidemiya və pandemiyalara hazır olmalıdır.

E-saglam.az APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

"Pandemiyanın bizə öyrətdiklərindən hamımız dərs götürməliyik", - deyə təşkilat sədri Kiçik Ada Dövlətləri sammitində danışarkən bildirib.

O qeyd edib ki, "yeni epidemiyalara və pandemiyalara hazır olmaq, güclü tibbi yardım əsasında bunların qarşısını almaq, aşkarlamaq və onlara qarşı vaxtında tədbir görmək üçün mümkün olan hər şeyi etmək" lazımdır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun