Faydalı
Elektrik cərəyanı vurduqda
Faydalı
337

Elektrik cərəyanı vurduqda ilk yardım necə olmalıdır?

Elektrik cərəyanı ciddi təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, zədənin ağırlığı cərəyanın gücündən, bədəndən keçdiyi yoldan və müdaxilənin nə qədər tez olmasından asılıdır. Belə hallarda ilk yardım həyat qurtara bilər.

Elektrik cərəyanının əsas əlamətləri:

Əzələlərdə qıcolma və daralmalar

Yanıqlar (xüsusilə cərəyanın daxil olduğu və çıxdığı nöqtələrdə)

Nəfəs darlığı və ya nəfəsin dayanması

Ürək ritminin pozulması

Huşunu itirmə

İlk yardım necə göstərilməlidir?

- Əvvəlcə soyuqqanlı olun, panikaya düşməyin.

- Elektrik cərəyanını dərhal kəsin. Əgər mümkün deyilsə, cərəyanla təması taxta, plastik və ya quru parça kimi izolyasiyaedici bir əşya ilə ayırın.

- Cərəyan kəsilmədən yaralıya toxunmayın.

- Zərərçəkənin nəfəsi və nəbzi yoxlanılmalıdır.

- Şəxs huşsuzdursa və nəfəs almırsa, süni tənəffüs və ürək masajı tətbiq oluna bilər.

- Təcili yardım çağırılmalıdır.

Unutmayın:

Yüksək gərginlikli naqillərə elektrik kəsilmədən yaxınlaşmaq çox təhlükəlidir.

Naqillər qığılcım saçırsa, ən azı 6 metr məsafədə qalın.

Elektrik cərəyanı vurmuş şəxsi yalnız təhlükə tam aradan qalxdıqdan sonra tərpədin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun