Xəstəliklər
Ermənistanda vəziyyət pisləşir: 7 nəfər qara yaraya yoluxdu
Xəstəliklər
90

Ermənistanda vəziyyət pisləşir: 7 nəfər qara yaraya yoluxdu

Ermənistanın Gümrü şəhər yolxucu xəstəliklər hospitalına sibir yarası simptomu ilə 7 nəfər yerləşdirilib.

E-saglam.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Şirak vilayətinin Anin rayonunun İsaakyan kəndinin icra nümayəndəsi Artavazd Arsenyan bildirib.

Onun sözlərinə görə, kənddə 6 iri buynuzlu və 1 xırdabuynuzlu heyvanda sibir yarası (qara yara) simptomları aşkarlanıb.

A.Arsenyan bildirib ki, kəndin 7 sakini hospitala yerləşdirilib: “Bu gün yeni hadisə qeydə alınmayıb”.

Qara yara simptomu ilə hospitala yerləşdirilənlər heyvan otarıb, qəssablıqla məşğul olublar./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun