Faydalı
Əsəb sistemi üçün vitamin və qidalar - Sinir hüceyrələrini bərpa edir
Faydalı
348

Əsəb sistemi üçün vitamin və qidalar - Sinir hüceyrələrini bərpa edir

Sinir, əsəb sisteminin normal fəaliyyəti, insanın psixi gərgin vəziyyətlərə və xroniki stresə davamlı olması üçün Mərkəzi, periferik sinir sistemi və beyinə nələr lazımdır?

E-saglam.az beyinin, sinir sisteminin bərpası üçün lazım olan maddələrin siyahısını təqdim edir.

1. Oksigen miqdarı bunun üçün qanda hemoqlobin, B 12 vitaminin miqdarı normada olmalıdır

2. B qrup vitaminləri – beyin və sinir hüceyrələrinin maddələr mübadiləsini təmin edir

3. Askorbin turşusu, yəni C vitamini

4. E vitamini – sinir hüceyrələrini bərpa edir, yeniləyir

5. A vitamini

6. Omeqa 3- balıq yağı

7. Maqniy, kaliy, selen mineralları – sakitləşdirir, yeni neyronlar yaradır

8. D vitamini

9. Qlükoza və karbohidratlar – energetik ehtiyatı təmin edir

Sinirlərin sevdiyi qidalar:

- Bütün qozlar, fındıq, badam – təsadüfi deyil ki, bunların forması da beyinə oxşayır.

- İspanaq, cəfəri, göyərtilər

- Giləmeyvələr – onlarda çox miqdarda vitamin, C vitamini vardır. Sinir hüceyrələrini yeniləyir

- Qara təmiz şokolad – beyin damarlarını genişləndirir, oksigeni artırır

- Yarmalar, taxıllar – qara çörək və s. B vitaminləri ilə zəngindir

- Yağlı balıq, balıq yağı, kürü, dəniz məhsulları – nevroz, depressiyanın dərmanıdır

- Pendir – istər sarı, istər ağ

- Banan – maqniy, kaliy mənbəyidir

- Təmiz bal – beyini təmiz qlükoza ilə təmin edir

Sinir hüceyrələrini nə öldürür?

- Ağ un, ağ çörək, şəkər tozu, qızartma yemək, trans yağ, marqarin, qazlı şirəli sular, yağlı ət, soya sousu, içki, narkotik, siqaret./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun