Diyarbəkirin Bismil bölgəsində bir fermer bağçasında nadir görüntülənən bir bayquş ailəsi — kulaklı meşə bayquşu (Asio otus) — mobil telefon kamerası ilə müşahidə edilib.
E-saglam.az xəbər verir ki, şəkillərdə balaların uçma cəhdləri və bəslənmə anları əks olunub. Bu bayquşlar yaşayış məntəqələrinə yaxın meşələrdə, çay kənarlarında, bağlarda və park ərazilərində müşahidə oluna bilər.
Zonguldak Bülent Ecevit Universitetinin Zoologiya fakültəsinin professoru Dr. Mustafa Sözen qeyd edib ki, erkən meşə bayquşları ətyeyən növdür və əsasən sahə siçanları ilə qidalanır:
"Evinizin ətrafında bir bayquş ailəsi varsa, sevinin. Bu, deməkdir ki, siçanlar çoxalmayacaq".
Sözen əlavə edib ki, bayquşlar ekosistemin vacib hissəsidir və onların qorunması hər kəsin məsuliyyətidir. Erkən meşə bayquşları təkcə Türkiyədə deyil, həmçinin Asiya, Avropa və Şimali Amerikada da geniş yayılıb.
Tərcümə: Könül Oruc